English (en-US)

Name

Mahira Yagubova

Biography

Azerbaijani (az-AZ)

Name

Mahirə Yaqubova

Biography

Mahirə Mehdi qızı Yaqubova (4 dekabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktrisa, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023).

Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" hekayəsi əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.

Pedaqoji fəaliyyəti ilə, elmi yazılarıyla yanaşı Bakı Bələdiyyə teatrında 34 ildən çox müddətdir ki, həm də aktrisa kimi fəaliyyət göstərir. Teatrın repertuarında olan çox dəyərli tamaşalarda baş rollarda çıxış edir. Bundan başqa bir neçə televiziya tamaşasında və filmdə rol alıb.

2022-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

Teatrda çalışdığı illər ərzində Azərbaycan əsgərləri qarşısında dəfələrlə çıxış edib. Müxtəlif illərdə xarici ölkələrdə kecirilən festivallarda Azərbaycanın təmsilçisi olub. 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı ilə təltif edilmişdir.

Russian (ru-RU)

Name

Махира Якубова

Biography

Родилась 4 декабря 1954 года.

Азербайджанская и советская актриса, театральный педагог.

Заслуженный артистка Азербайджанской Республики (2002).

Заслуженный учитель Азербайджанской Республики (2023).

В 1974 году поступила в Азербайджанский государственный институт искусств имени М.Алиева и окончил его с отличием.

Актриса Бакинского муниципального театра.

С 1979 года работает преподавателем, завучем, а в последние годы доцентом Азербайджанского университета культуры и искусств. Автор многих научных статей, методических указаний, программ, связанных с учебниками.

Can't find a movie or TV show? Login to create it.

Global

s focus the search bar
p open profile menu
esc close an open window
? open keyboard shortcut window

On media pages

b go back (or to parent when applicable)
e go to edit page

On TV season pages

(right arrow) go to next season
(left arrow) go to previous season

On TV episode pages

(right arrow) go to next episode
(left arrow) go to previous episode

On all image pages

a open add image window

On all edit pages

t open translation selector
ctrl+ s submit form

On discussion pages

n create new discussion
w toggle watching status
p toggle public/private
c toggle close/open
a open activity
r reply to discussion
l go to last reply
ctrl+ enter submit your message
(right arrow) next page
(left arrow) previous page

Settings

Want to rate or add this item to a list?

Login