English (en-US)

Name

Nadir Azmammadov

Biography

Azerbaijani (az-AZ)

Name

Nadir Əzməmmədov

Biography

Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Qobustan) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017).

Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub.

İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub.

Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb.

1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb. Çünki SSRİ dağıldı və müstəqilliyin ilk illərində film çəkmək üçün maliyyə vəsaiti yox idi. Bundan sonra Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində çalışmağa başlayıb. Burada da bir müddət çalışdıqdan sonra N. Əzməmmədovu işləmək üçün Moskvaya dəvət etdilər. Moskvadan geri qayıtdıqdan sonra Dəmir Yolunun mətbuat xidmətində (1997-ci ildən) çalışmağa başlayıb. 2003-cü ildən isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisidir.

N. Əzməmmədovun rejissorluğu ilə "Dəmir yolunda dəmir intizam", "Polad magistralın simfoniyası", "Heydər Əliyevin rəhbərliyi altında dəmir yolu nəqliyyatının 30 illik inkişaf və tərəqqi dövrü", "Gələcəyə aparan yol", "Azərbaycan dəmir yolları müstəqillik illərində" sənədli filmlər ekranlaşdırılıb. Bütövlükdə bu müddət ərzində ölkə polad magistrallarından bəhs edən 3000-dən çox informasiya xarakterli süjetlər müxtəlif telekanallar vasitəsilə yayımlanıb.

İlk müəllimləri Adil İsgəndərov, Əbdül Mahmudov olub. İncəsənət İnstitutunda isə kursun rəhbəri Əşrəf Quliyev olub. Aktyor kinostudiyada bütün işlərdə çalışıb. Film direktoru, operator, ikinci rejissor işləmiş, eyni zamanda bədii filmlərdə aktyor kimi də çəkilib.

31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Can't find a movie or TV show? Login to create it.

Global

s focus the search bar
p open profile menu
esc close an open window
? open keyboard shortcut window

On media pages

b go back (or to parent when applicable)
e go to edit page

On TV season pages

(right arrow) go to next season
(left arrow) go to previous season

On TV episode pages

(right arrow) go to next episode
(left arrow) go to previous episode

On all image pages

a open add image window

On all edit pages

t open translation selector
ctrl+ s submit form

On discussion pages

n create new discussion
w toggle watching status
p toggle public/private
c toggle close/open
a open activity
r reply to discussion
l go to last reply
ctrl+ enter submit your message
(right arrow) next page
(left arrow) previous page

Settings

Want to rate or add this item to a list?

Login